Modern.az

“Müdafiə Nazirliyinin yeni mətbuat katibi ən uğurlu təyinatdır” - Hərbi ekspert

“Müdafiə Nazirliyinin yeni mətbuat katibi ən uğurlu təyinatdır” - Hərbi ekspert

5 Yanvar 2014, 21:52

“Polkovnik-leytenant Vaqif Dərgahlının Müdafiə Nazirliyində mətbuat xidmətinin yeni rəisi təyin olunması müdafiə naziri general-polkovnik Zakir Həsənovun ən uğurlu təyinatlarından biridir”.

Modern.az
saytı xəbər verir ki, bunu hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant  Üzeyir Cəfərov Müdafiə Nazirliyində gerçəkləşən yeni təyinata münasibət bildirərkən qeyd edib.

Ü.Cəfərovun sözlərinə görə, polkovnik-leytenant Vaqif Dərgahlı onun da təhsil aldığı Lvov Ali Hərbi Siyasi Məktəbinin hərbi-siyası jurnalistika fakültəsini bitirən 10 nəfər azərbaycanlı zabitdən biridir.

”Biz onunla xeyli müddət Müdafiə Nazirliyinin mətbuat xidmətində bərabər çalışmışıq. Bu təyinatı eşidəndə ürəkdən sevindim”-deyə Ü.Cəfərov vurğulayıb.  

"İxtisasca hərbi jurnalist olan polkovnik-leytenant Vaqif Dərgahlıya uğurlar arzulayıram. İnanmaq istərdim ki, Vaqif müəllim tez bir zamanda cəmiyyət ilə Müdafiə Nazirliyi arasında isti münasibətlərin yaranmasına nail olacaq. Öz tərəfimizdən isə ona istənilən dəstəyi verməyə çalışacağıq" - Ü.Cəfərov bildirib.

Modern.az xatırladır ki, Müdafiə Naziriyinin mətbuat xidmətinə 12 ildən artıq müddətə polkovnik-leytenant Ramiz Məlikov rəhbərlik edib. R.Məlikov 2007-ci ilin aprelində vəzifəsindən çıxarılıb.
2007-ci ildən 2013-cü ilin dekabrınadək isə Müdafiə Naziriyinin mətbuat xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlu olub.


A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır