Modern.az

Azərbaycanda 7600 baş donuz saxlanılır

Azərbaycanda 7600 baş donuz saxlanılır

Təhsil

7 Yanvar 2014, 11:00

Son illər Azərbaycanda donuz təsərrüffatlarının sayı artıb. Paytaxtla yanaşı,  ölkənin  başqa yerlərində də fəaliyyət göstərən bu təsərrüfatların demək olar ki, hamısı özəlləşdirilib. Donuzlar əsasən şimal-qərb, şimal rayonlarında, o cümlədən Abşeron yarımadasında saxlanılır. 

Ötən ilin statistik məlumatlara görə, respublikada 6495 baş donuz var idisə, bu il onların sayı artaraq 7600-ə çatıb.

Ötən ilin göstəricilərinə görə, Bakı şəhərində 439 baş donuz saxlanılıb. Bölgələr  üzrə ən çox donuz  təsərrüfatı isə Şəki-Zaqatala regionunun payına düşüb. Belə ki, ötən il bu iqtisadi zonaya daxil olan Qax rayonunda 3343, Oğuzda 61, Qəbələdə isə 981 baş donuz bəslənib. Ümumilikdə bu iqtisadi rayonda 4385 baş donuz saxlanılır.
Qusarın  donuzçuluq təsərrüfatlarında 55, Xaçmazda 500, Şabranda isə 6 baş donuz saxlanılır. Ötən il bu göstərici İsmayıllı rayonunda 675, Kürdəmirdə 250 olub.   

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Modern.az-a bildirib ki,  Bakıda, eləcə də rayonlarda fəaliyyət göstərən donuzçuluq təsərrüfatlarının hamısı fərdi şəxslərə məxsusdur. Nazirlik sözçüsü onu da bildirib ki, donuz ətindən yalnız kolbasa istehsalında istifadə olunur.

“Bu gün rüspublikada 7600 baş donuz saxlanılır. Donuzçuluq təsərrüfatları paytaxtla bərabər rayonlarda da mövcuddur. Bütün təsərrüfatların hamısı fərdi şəxslərə məxsusdur. Həmin təsərrüfatlarda bəslənən donuzların ətindən yalnız kolbasa istehsalında istifadə olunur”.

Gültəkin ƏLƏSGƏR       

Whatsapp
Bizə yazın!
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...