Modern.az

Müdafiə Nazirliyi yeni mətbuat katibinin tərcümeyi-halını açıqladı

Müdafiə Nazirliyi yeni mətbuat katibinin tərcümeyi-halını açıqladı

Media

7 Yanvar 2014, 16:41

Xəbər verdiyimiz kimi, müdafiə naziri general-polkovnik Zakir Həsənov polkovnik-leytenant Vaqif Dərgahlını Müdafiə Nazirliyində mətbuat xidmətinin yeni rəisi təyin edib.
Modern.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidməti Vaqif Dərgahlının tərcümeyi-halını açıqlayıb.

Polkovnik-leytenant Vaqif Dərgahlı 1969-cu ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə Lvov (Ukrayna) Ali Hərbi-Siyasi Məktəbinin hərbi-jurnalistika fakültəsini bitirib. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdədir. Müdafiə Nazirliyinin Mətbuat Xidmətində, Hərbi Elmi Mərkəzdə, İnformasiya İdarəsində, Müdafiə nazirinin Katibliyində müxtəlif vəzifələrdə xidmət edib.
2013-cü ilin dekabr ayının 31-dən Mətbuat Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
Azərbaycan Resbublikasının Müharibə veteranı və Silahlı Qüvvələr veteranıdır.

Modern.az xatırladır ki, Müdafiə Naziriyinin mətbuat xidmətinə 12 ildən artıq müddətə polkovnik-leytenant Ramiz Məlikov rəhbərlik edib. R.Məlikov 2007-ci ilin aprelində vəzifəsindən çıxarılıb.
2007-ci ildən 2013-cü ilin dekabrınadək isə Müdafiə Naziriyinin mətbuat xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlu olub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı