Modern.az

APA-nın əməkdaşı: “Evimi qarət etmiş oğrular hələ tutulmayıb”

APA-nın əməkdaşı: “Evimi qarət etmiş oğrular hələ tutulmayıb”

8 Yanvar 2014, 14:53

“Oğuruluq faktı üzrə cinayət işi açılıb, hazırda istintaq gedir. İşi Xətai rayon Polis İdarəsinin müstəntiq Tural Qaralov araşdırır. Hələ ki heç bir yenilik yoxdur”. Bunu Modern.az-a açıqlamasında APA-nın əməkdaşı Ülkər Qasımova bildirib.

Qeyd edək ki, “APA Holding” MMC-in əməkdaşı, APA TV-nin baş prodüseri Ülkər Qasımovanın evi qarət edilib. Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 63, mənzil 143 ünvanında yerləşən evdə sentyabrın 21-dən 29-dək heç kim olmayıb. Naməlum şəxslər mənzilə daxil olaraq 2400 ABŞ dolları, 200 avro, 3100 manat və qızıl-zinət əşyaları oğurlayıblar.   

 

Gülşən Raufqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?