Modern.az

İTV-nin aparıcısı qəzaya düşdü, nazirlik işçisi öldü

İTV-nin aparıcısı qəzaya düşdü, nazirlik işçisi öldü

Media

9 Yanvar 2014, 10:52

Bu gün saat 10:00 radələrində Bakının Suraxanı rayonunda ağır yol qəzası baş verib. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Hövsan qəsəbəsində, “Hyundai” markalı avtomobil Hövsan kanalına düşüb. Nəticədə avtomobildə olan sərnişin dünyasını dəyişib, sürücü isə xilas ola bilib.

Qəzaya uğrayan avtomobilin sürücüsünün İTV-nin aparıcısı Rafiq Məmmədov olduğu bildirilir. Qəzada dünyasını dəyişən Pərvanə Məmmədova Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşıdır.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır