Modern.az

Ukrayna-Rusiya danışıqları bu tarixdə baş tuta bilər

Ukrayna-Rusiya danışıqları bu tarixdə baş tuta bilər

Aktual

9 Yanvar 2025, 15:28

Ukrayna və Rusiya arasında danışıqlar 2025-ci ilin birinci yarısında baş tuta bilər.

Modern.az xəbər verir ki, bu barədə CNN Ukrayna və Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, Kiyev və Moskva arasında danışıqlar 2024-cü ilin noyabrında Kəmalə Harris qalib gəlsə belə, bu ilin birinci yarısına planlaşdırılıb.

“Həm Amerika, həm də Ukrayna administrasiyası Moskva ilə danışıqların 2025-ci ilin birinci yarısında – ABŞ seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq – baş tuta biləcəyini gözləyirdi və onların məqsədi potensial danışıqlardan əvvəl Ukraynanın mövqeyini daha da genişləndirmək idi”, – CNN bildirib.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə nümayəndəsi Keyt Kelloq çərşənbə günü Fox News-a deyib ki, Trampın vəzifəyə başlamasından sonra 100 gün ərzində iki tərəf arasında müharibəyə son qoymaq üçün həll yolu tapacağına ümid edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat