Modern.az

Özünü öldürən əsgər bu universitetin məzunudur - Yeni DETALLAR

Özünü öldürən əsgər bu universitetin məzunudur - Yeni DETALLAR

Ölkə

16 Yanvar 2025, 10:55

Özünü öldürən Azərbaycan ordusunun hərbi qulluqçusu Adil Baxşəliyevlə bağlı yeni detallar məlum olub.

Modern.az-ın əldə etdiyi məlumata görə, Adil Baxşəliyev Bakı şəhərində, "28 May" metrostansiyası yaxınlığında yaşayıb.

6 ay əvvəl Kəlbəcərə hərbi xidmətə yollanan 24 yaşlı Adil Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında həm bakalavr, həm magistr təhsili alıb. O, təhsil aldığı müddətdə rəssamlıqla məşğul olub.

Adil Baxşəliyevin atası azərbaycanlı, anası rusdur. Onlar ailədə 8 uşaq - 7 qardaş, 1 bacı olublar.

Qeyd edək ki, hadisə dekabr ayının sonunda baş verib. Əsgər odlu silahdan atəş açmaqla özünü öldürüb. Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

1410571

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat