Modern.az

Əflatun Amaşov: “Ramil Usubova müraciət ünvanlayacağıq”

Əflatun Amaşov: “Ramil Usubova müraciət ünvanlayacağıq”

14 Yanvar 2014, 17:02

“Sahibkarlar bizə müraciət ediblər ki, şəhərin mərkəzində onların qəzet satışına maneələr törədilib. Biz məsələni həmin şəxslərlə müzakirə etdik. Onların müraciəti əsasında qərara gəldik ki, məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət ünvanlayaq. Qoy, nazirlik bu məsələni araşdırsın”.

Bunu Modern.az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Qeyd edək ki, Bakıda mətbuat yayımı ilə məşğul olan bir qrup kiçik sahibkarların obyektləri polis tərəfindən dağıdılıb. Sahibkarların sözlərinə görə, onlar Səbail rayonu ərazisində Bakı şəhər İcra Hakimiyyətinin xüsusi icazəsi əsasında qəzet və jurnalların satışı ilə məşğul olurlar.

Misranə Həsənzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir