Modern.az

Komada olan jurnalistlə bağlı çox ümidsiz XƏBƏR

Komada olan jurnalistlə bağlı çox ümidsiz XƏBƏR

Media

14 Yanvar 2014, 22:53


Modern.az
saytı xəbər verir ki, Avropa.info-nun avtomobil qəzası nəticəsində 3 aydır ki, koma vəziyyətində olan əməkdaşı Sahib İslamov Bakıdakı Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasından Şamaxı rayon Mərkəzi Xəstəxanasına köçürülüb. Bu haqda sayta Sahib İslamovun qardaşı Aqil İslamov məlumat verib. Onun dedyinə görə, Sahib İslamov  Səhiyyə Nazirliyi tərəfindən ayrılmış xüsusi ambulansla Şamaxı Xəstəxanasına aparılıb. "Şamaxı Xəstəxanasında da Sahib üçün ayrıca palata ayrılıb. Hər şey yüksək səviyyədə edilir. Təssüf ki,qardaşımın aldığı zədənin  tibbdə müalicəsi yoxdur. Allahdan ümüdümüzü üzməmişik".

Avropa.info-nun rəhbəri Ruslan Bəşirlinin dediyinə görə bu gün səhər saatlarında Səhiyyə Nazirliyində Sahib İslamovla bağlı konsilium keçirilib. Daha sonra Səhiyyə Nazirliyinin qərarı ilə ABŞ və Türkiyədə təhsil almış həkim-neyrocərrah Fərid Qaralov Sahib İslamovu müayinə edib. Lakin təəssüf ki, Fərid Qaralovun rəyi də dünən Səhiyyə Nazirliyinin həkimlərinin rəyindən fərqlənməyib. Belə ki, həkimin diaqnozuna görə, Sahib İslamovun beyin qabığında bütün hüceyrələr ölüb, onu da dünyanın heç bir yerində müalicə etmək mümkün deyil.
”Gəkim Fərid Qaralov mənimlə və Sahibin qardaşı Aqil İslamovla söhbətində açıq-aydın dedi ki, həkimik bəlli bir yerə qədərdir. Artıq hər şey Allahın istəyinə bağlıdır". 

R Bəşirli bildirib ki, Sahib İslamovun bundan sonrakı bütün müalicəsini dovlət öz üzərinə götürüb. "Sahib İslamov əslən Şamaxı rayonundan olduğuna görə, yaxınlarının razılığı əsasında o Şamaxı rayon Xəstəxanasına köçürülüb. Sahib İslamov orada ayrıca palatada saxlanılacaq. Bizim dostumuz dünyanın heç bir yerində müalicəsi olmayan xəstəliklə üz-üzədir. Biz ancaq Allaha tavəkkül etməli və dualarımızı Sahib üçün əsirgəməməliyik".

Sahib İslamov 1 noyabr 2013-cü il tarixində səhər evdən çıxıb işə gedərkən qəzaya düşüb. Jurnalist yolun kənarında – dayanacaqda avtobus gözləyərkən idarəetməni itirən bir maşın onu vurub. Sahib İslamov qəzaya düşdüyü gündən indiyədək koma vəziyyətindədir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!