Modern.az

Rəşad Nəbiyevin vətəndaş qəbulunun vaxtı dəyişdirildi

Rəşad Nəbiyevin vətəndaş qəbulunun vaxtı dəyişdirildi

21 Yanvar 2025, 15:56

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin yanvarın 17-də Quba, Xaçmaz və Qusar rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı yanvarın 27-nə dəyişdirilib.

Modern.az nazirliyə istinadən xəbər verir ki, nazir vətəndaşları Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində saat 09:00-da qəbul edəcək.

Qəbula yanvarın 24-nə qədər nazirliyin “Çağrı Mərkəzi” (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...