Modern.az

Polis Lerikdə əməliyyat keçirdi

Polis Lerikdə əməliyyat keçirdi

22 Yanvar 2025, 08:42

Lerik rayonunda "Palıdlıq" adlanan meşəlik ərazidən silah-sursat aşkarlanıb.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı 3 ədəd "Kalaşnikov" markalı avtomat silahlar və həmin silahlara aid 25 ədəd patron aşkarlanaraq götürülüb.

 

Bundan əlavə, Lerik RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinlərindən müvafiq sənədləri olmadan qanunsuz olaraq saxlanan 10 ədəd müxtəlif markalı ov tüfəngi aşkarlanıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...