Modern.az

Qənirə Ataşova haqqındakı xəbər yalan çıxdı

Qənirə Ataşova haqqındakı xəbər yalan çıxdı

Media

16 Yanvar 2014, 23:22

Bəzi internet portallarının ANS TV-nin tanınmış aparıcılarından olan Qənirə Ataşovanın işdən çıxarıldığı haqda yaydığı xəbərlər yalan çıxdı.

Modern.az-ın məlumatına görə, Qənirə Ataşova bu gün ANS-in efirində “Xəbərçi” proqramına aparıcılıq etməklə haqqında son iki gündə haqqında yayılan xəbərlərin yalan olduğunu isbatlamış oldu.

Qənirə Ataşova hazırda ANS telekanalının ən uzunmüddətli iş stajına malik işçilərindən biridir. Belə ki, o, 1998-ci ildən ANS-də çalışır.Xanım jurnalist 2013-cü il sentyabrın 1-dən ANS TV-də baş redaktor vəzifəsinə təyin olunub.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə