Modern.az

İki rayonun qazı KƏSİLƏCƏK

İki rayonun qazı KƏSİLƏCƏK

5 Fevral 2025, 13:40

Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli magistral qaz kəmərinin 80,0-ci km-də “Hacıqabul-Horadiz” avtomobil yolu ilə kəsişən hissəsində əmələ gəlmiş qaz sızmasının ləğvi ilə bağlı 05.02.2025-ci il saat 14:00-dan etibarən işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan Modern.az-a verilən məlumata görə, təmir işləri aparılan müddətdə İmişli rayonunun tam olaraq, Saatlı rayonunun isə Məzrəli kəndinin qaz təchizatının dayandırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...