Modern.az

Mingəçevirdə yol qəzası - 2 nəfər yaralandı

Mingəçevirdə yol qəzası - 2 nəfər yaralandı

Hadisə

23 Fevral 2025, 12:49

Mingəçevirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, "Mercedes" və "VAZ-21099" markalı minik maşınlarının toqquşması nəticəsində ikinci avtomobilin sürücüsü Tofiq Musayev və onun sərnişini Günay Aşurova xəsarət alıb.

 

Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Mingəçevir şəhər polis şöbəsində araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır