Modern.az

Hacıbaba Əzimov Milli Şuradan uzaqlaşdırıla bilər

Hacıbaba Əzimov Milli Şuradan uzaqlaşdırıla bilər

25 Yanvar 2014, 12:45


“Hacıbaba işini-gücünü atıb, mənə şər-böhtan atmaqla məşğuldur. Buna “dur” deyən yoxdur. Mən də faktlarla onun cavabını vermişəm. Onun Azərbaycanın müstəqilliyinin əleyhinə olduğu əsərlərindən görünür”.

Bunu Modern.az-a açıqlamasında “Azəri-Talış” Birliyinin sədri, Milli Şuranın üzvü Mehdibəy Səfərov deyib.

O bildirib ki, Hacıbaba Əzimov özünü millətçi kimi qələmə verir: “Hacıbaba istəyir ki, belə etməklə öz əməllərini ört-basdır etsin. Azərbaycanda azsaylı xalqın nümayəndələrini ləkələməklə ictimaiyyətə saf görünmək istəyir. Amma onda bu alınmır. Əslində o, özünü ifşa etdi. Məni cəsusluqda ittiham edib. O, bunun arxasında dayanmalıdır. Dayana bilmirsə, deməli, qeyri-ciddi adamdır. Milli Şura rəhbərliyinə, Koordinasiya Şurasına məlumat verəcəyəm ki, onu durdursunlar. Onun Milli Şuranın Koordinasiya Şurasında təmsil olunmasının əleyhinəyəm”.

M.Səfərov H.Əzimovun Milli Şuradan uzaqlaşdırılmasına çalışacağını qeyd edib: “Milli Şuranı demokratik qurum hesab etdiyimdən ora qoşulmuşam. Hacıbaba Əzimovun da oradan uzaqlaşdırılması demokratik səsvermə yolu ilə olmalıdır. Buna nail olmağa çalışacam”.

Qeyd edək ki, Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri Hacıbaba Əzimov M.Səfərovu separatçılıqda ittiham edib.

İlkin

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?