Modern.az

Aktyorun vəziyyəti kritik-ağırdır

Aktyorun vəziyyəti kritik-ağırdır

Mədəniyyət

7 Mart 2025, 17:10

Aktyor Möylə Mirzəliyevin vəziyyəti kritik-ağırdır, tənəffüs reabilitasiyası alır.

Modern.az xəbər verir ki, bu barədə "Report”a Yeni Klinikadan məlumat verilib.

Bildirilib ki, aktyor hazırda klinikanın reanimasiya şöbəsində müalicə alır və vəziyyəti kritik-ağırdır: "Diabetik angiopatiya ilə əlaqədar amputasiya olunan xəstənin böyrəklərində də zədə qeydə alınıb”.

Qeyd edək ki, M.Mirzəliyev Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aparıcı aktyorudur.

O, bir neçə gün öncə əməliyyat olunub. Əməliyyatdan sonra hərəkət qabiliyyətini itirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat