Modern.az

İcra başçısı göndərilən məmurun yerinə yeni TƏYİNAT

İcra başçısı göndərilən məmurun yerinə yeni TƏYİNAT

Ölkə

12 Mart 2025, 16:16

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisinə yeni müavin təyin edilib.

Modern.az xəbər verir ki, sözügedən vəzifəyə Azər Rəhimov gətirilib.

Müvafiq əmr əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev tərəfindən imzalanıb. Yeni məmur bundan əvvəl DOST Agentliyinin Hüquq departamentinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, Xidmət rəisinin bundan əvvəki müavini Orxan Hüseynzadə olub. O, ötən ilin noyabr ayında Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Məlumatı daha əvvəl "qaynarinfo" saytı yayıb.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat