Modern.az

İki nəfər pomidor turşusundan zəhərləndi

İki nəfər pomidor turşusundan zəhərləndi

15 Mart 2025, 09:34

Şəmkirdə zəhərlənmə hadisəsi baş verib.

Modern.az APA-ya istinadən məlumat verir ki, hadisə rayonun İrmaşlı kəndində baş verib.

Belə ki, İrmaşlı kənd sakinləri, 1968-ci il təvəllüdlü Məmmədzadə Arzuman Hidayət oğlu və 1982-ci il təvəllüdlü Bayramova Mayisə Cabir qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə, hər iki şəxs yaşadıqları ünvanda qəbul etdikləri qidadan (pomidor turşusu olduğu ehtimal olunur) zəhərləniblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat