Modern.az

3 gün əvvəl intihar edən məktəblinin atası da özünü asdı

3 gün əvvəl intihar edən məktəblinin atası da özünü asdı

17 Mart 2025, 11:12

Tovuzda 3 gün əvvəl intihar edən məktəblinin atası da canına qəsd edib.

Modern.az "qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Aşağı Quşçu kəndində özünü asaraq intihar edən 11-ci sinif şagirdi Ə.S-nin atası bu gün intihar edib.

48 yaşlı M. Səfərov səhər saatlarında özünü yaşadığı evin çardağından asaraq həyatına son qoyub.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat