Modern.az

İstanbulda Rəsul Rzanı anım günü keçirilir

İstanbulda Rəsul Rzanı anım günü keçirilir

20 May 2010, 09:45

Bu gün Türkiyənin İstanbul şəhərində xalq şairi Rəsul Rzanın anadan olmasının 100 illiyi ilə bağlı mərasim keçiriləcək. Təşkilatçı “Dialoq Avrasiya”dır. Modern.az xəbər verir ki, Azərbaycandan Yazıçılar Birliyindən Anar, Fikrət Qoca, Rəşad Məcid də qatılacaq. İki gün davam edən tədbirdə dünyanın bir çox ölkələrindən nümayəndələr iştirak edəcək.

Xatırladaq ki, Rəsul Rza 1910-cu il mayın 19-da Göyçay rayonunda anadan olub. 1981-ci il aprelin 1-də Bakıda vəfat edib. O, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycan xalq şairi (1960), Azərbaycan əməkdar incəsənət xadimi (1943), SSRİ Dövlət mükafatı laureatçısıdır (1951).

Rəsul Rza «Pəncərəmə düşən işıq», «Duyğular, düşüncələr», «Dözüm», «Qızıl gül olmayaydı», «Bir gün də insan ömrüdür», «Xalq həkimi», "Lenin", «Vəfa» və başqa əsərlərin, həmçinin tərcümə əsərlərinin müəllifidir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?