Modern.az

Jurnalist Elbəyi Həsənli: “Bəli, mühacirətdən Bakıya qayıdıram” - AÇIQLAMA

Jurnalist Elbəyi Həsənli: “Bəli, mühacirətdən Bakıya qayıdıram” - AÇIQLAMA

29 Yanvar 2014, 18:20

“Yeni Müsavat” qəzetinin İsveçrədə mühacirətdə olan müxbiri Elbəyi Həsənli 10 ildən sonra Azərbaycana dönür. Qəzetdəki mənbədən APA-ya daxil olan məlumata görə, jurnalistin artıq Bakıya qayıdacağı tarix də bəlli olub. Məlumata görə, E. Həsənli ailəsi ilə birlikdə yanvarın 31-dən fevralın 1-ə keçən gecə Bakıya gələcək: “Hələlik Elbəyi Həsənlinin mühacir həyatına birdəfəlik son qoyulub-qoyulmayacağı məlum deyil. O, bir müddət Bakıda qalandan sonra son qərarını verəcək”.

Modern.az saytı Elbəyi Həsənlinin özü ilə əlaqə saxlayıb. O, xəbəri təsdiqləyib: “Düzdür, Bakıya qayıdıram”.

E.Həsənli Bakıya həmişəlik və ya müvəqqəti gəldiyinin dəqiqləşmədiyini bildirərək, zarafatla “orasınına baxacağıq. Üzümüzə yaxşı baxsanız, qala da bilərik” deyib.

Qeyd edək ki, E.Həsənli 2004-cü ildə Azərbaycanı tərk edərək, ailəsilə birgə İşveçrəyə mühacirətə getmişdi.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı