Modern.az

“Paxmel” - nə etməli? - Kişilər üçün

“Paxmel” - nə etməli? - Kişilər üçün

İqtisadiyyat

30 Yanvar 2014, 22:54


Toy məclisləri, ad günləri, dostlarla görüş, bayram yığıncaqları insanın ovqatını və əhvalını xoş edən tədbirlərdir. Amma bir çox hallarda belə tədbirlərin səhərisi insanlar xoşagəlməz bir vəziyyətlə üzləşirlər. Axşamdan qəbul etdikləri spirtli içkilər başağrısına, ürəkbulanmaya, ağızda xoşagəlməz qoxunun yaranmasına, susuzluğa, süstlüyə, mədə-bağırsaq sisteminin “üsyanına” səbəb olur. Yəni “paxmel” vəziyyəti yaranır.

Bu cür xoşagəlməz vəziyyətdən necə yaxa qurtarmaq olar? Təbii ki, bu sualın düzgün və dəqiq bir cavabı var: qədərində içmək. Təəssüf ki, bu da həmişə alınmır. Əgər qədərindən çox içmisinizsə və səhər “paxmel”dən can qurtarmaq istəyirsinizsə onda aşağıdakı üsullardan istifadə edin.

İlk növbədə çalışın daha çox maye qəbul edəsiniz. Limonlu çay, mineral su, təbii alma çirəsi və ayran içmək daha məqbuldur.

“Paxmel”dən yaxa qurtarmağın ən yaxşı üsullarından biri duş qəbul etməkdir.

Səhər-səhər bal şərbəti işmək də sizi bu vəziyyətdən qurtaracaq.

Qarabaşaq (qreçka) və yulaf sıyığı da köməyinizə çata bilər. “Paxmel” vəziyyətdə sıyıq yemək arzuedilməz olsa da özünüzü buna məcbur edin.

Turşuya quyulmuş xiyar yemək xoşagəlməz vəziyyətin aradan qaldırılmasına kömək edər.

Ağartı məhsullarından, xüsusilə kəsmik və qatıqdan istifadə etməklə “paxmel”dən yaxa qurtara bilərsiniz.

Təmiz hava və yüngül idman hərəkətləri düşdüyünüz vəziyyət üçün vacibdir.

“Paxmel”dən çıxmağın ənənəvi üsulu olan səhər tezdən 100 qram içmək məsələsini ağlınıza belə gətirməyin. Düzdür 100 qram insanı “paxmel”dən çıxarır. Amma səhər tezdən spirtli içki onsuz da “çətin” vəziyyətdə qalmış mədənizdə gələcəkdə böyük problem yarada bilər. Bu sahədə alkoqolsuz pivəyə üstünlük vermək olar.

Əgər hər dəfə alkoqollu içkilərin qəbulundan sonra “paxmel” sindromu sizi yaxalayırsa, onda profilaktik tədbirlər görmək daha məsləhətdir. Spirtli içki qəbul etməzdən əvvəl bir stəkan süd, yaxud bir stəkan çiy kələmin suyu, və ya bir xörək qaşığı zeytun yağı istifadə etsəniz bu xoşagəlməz problemdən yaxa qurtarmış olarsınız.

Sağlamlığının qayğısana qalan insan alkoqollu içkilərin orqanizm üçün ziyanını nəzərə alıb ondan imtina etməlidir. Yox, əgər srirtli içkilərdən istifadə edirsinizsə qədərində için. Qədərində için ki, “paxmel”ə düşməyəsiniz. Unutmayın ki, axşam məclisdəki vəziyyətiniz nə qədər “yaxşı” olacaqsa, səhərki vəziyyətiniz də bir o qədər pis olacaq.

İlham Cəmiloğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı