Modern.az

Jurnalistlərin yaşadığı binaya 22 milyon 396 min 316 manat xərclənib

Jurnalistlərin yaşadığı binaya 22 milyon 396 min 316 manat xərclənib

Media

1 Fevral 2014, 20:20


Modern.az
xəbər verir ki, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2013-cü ilə dair hesabat verib.

Bildirilib ki, Prezidentin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 22 iyul 2010-cu il tarixli sərəncamına uyğun olaraq, mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Səbail rayonu Bayıl qəsəbəsi, 20-ci sahə ərazisində 17 mərtəbəli, 2 girişdən və 156 mənzildən ibarət yaşayış binası istifadəyə verilib.

Binanın tikilib başa çatdırılması və təmiri üçün 22. 396. 316 manat vəsait istifadə olunub.

2013-cü il ərzində jurnalistlər üçün 3 yazı müsa­biqəsi təşkil edilib. Ümumilikdə 232 jurnalist mükafatlandırılıb.

2013-cü ilin dövlət büdcəsindən Fonda 3. 903.483 manat vəsait ayrılıb. Həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birgə keçirilən fərdi jurnalist yazı müsabiqələri üçün əlavə mənbələrdən 38. 940 manat vəsait cəlb edilib. İl ərzində 31 KİV-in təqdim etdiyi layihə təklifləri Fondun tələblərinə cavab vermiş və həmin redaksiyalar maliyyələşdirilib. Dövlət büdcəsindən Fonda ayrılmış vəsaitin 2. 460 712,91 manatı KİV layihələrinin maliyyələşməsinə, 112.414,70 manatı işçilərə əmək haqqı və mükafatların verilməsinə, 24. 731,26 manat Dövlət Sosial Müdafiə Fonduna ödənişlərə, 242. 153,59 manat jurnalist yazıları müsa­biqəsi qaliblərinin mükafat­lan­dırılmasına və jurnalist müsabiqəsi tədbirlərinin təşkilinə xərclənib.

Fond digər layihələrin və tədbirlərin maliyyələşdirilməsinə 189.021,45 manat vəsait sərf edib.

Bundan başqa, "Azərbaycan”, "Göyər­çin”, "Günəş”, "Qobustan”, "Literaturnıy Azerbaydjan”, "Ulduz” jurnallarına və "Ədəbiyyat”, "Savalan” qəzet redaksiyalarına 709.262 manat ayrılıb, bu vəsaitin 708. 671,82 manatı xərc­lənib.

Fond il ərzində sair xərclərə 135. 408,82 manat vəsait sərf edib. Fondun maddi - texniki bazasını gücləndirmək məqsədi ilə lazımı inventarların alınması üçün 20. 000 manat vəsait xərclənib.

Fonda ayrılmış 3. 903.483 manat vəsaitdən 3.893.114, 55 ma­natı istifadə olunub, bank xərcləri üçün ayrılmış vəsaitdən 10.368,45 manatı xərclənməyib və həmin vəsait dövlət büdcəsinə məxaric edil­ib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır