Modern.az

Dövlət Sosial Müdafiə Fonduna yeni mətbuat katibi təyin olunub

Dövlət Sosial Müdafiə Fonduna yeni mətbuat katibi təyin olunub

Media

6 Fevral 2014, 11:11


Modern.az
saytının xəbərinə görə, Dövlət Sosial Müdafiə Fondunun Beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr söbəsinin İctimaiyyətlə əlaqələr sektoruna yeni rəhbər təyin olunub.  Bu, ixtisasca peşəkar jurnalist olan Əmrah Fəqan oğlu Cəfərovdur.

Əmrah Fəqanoğlu imzası ilə tanınmış jurnalist İctimaiyyətlə əlaqələr və mətbuat xidməti sahəsində zəngin təcrübəyə malikdir.  Belə ki, o, 1996-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1991-96-cı illərdə Azərbaycan radiosunda və televiziyasında bir sıra verilişlərin ssenari müəllifi və aparıcısı olub.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat sektorunda baş mütəxəssis, “Avrasiya” və “İki sahil” qəzetlərində müxbir və şöbə müdiri kimi fəaliyyət göstərib. 2006-cı ildə ARDNŞ Sosial İnkişaf İdarəsinin mətbuat xidmətinin rəisi  təyin olunub və son təyinatadək həmin vəzifədə çalışıb.

Ə. Сəfərov  dövri mətbuatda və  xəbər portallarında aktual mövzulu yazılarla çıxış edir.  Məqalə və araşdırma yazılarına görə “Media açarı” və “Qızıl qələm” media mükafatlarına layiq görülüb. “Şəfəqi solmayan  ömür” və “Gözümü açandan Vətən sən oldun” adlı kitabların müəllifidir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi