Modern.az

Nəsimidə quldurluq edən şəxs saxlanıldı

Nəsimidə quldurluq edən şəxs saxlanıldı

Aktual

7 İyul 2025, 14:02

Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, iyulun 6-da gecə saatlarında naməlum şəxs 19 və 25 yaşlı paytaxt sakinlərini kəsici alətlə hədələyərək onların pulunu talayıb.

Hadisə ilə bağlı Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 46 yaşlı M. Əliyev saxlanılıb.

Araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat