Modern.az

Təkrar sertifikasiya - Müsahibə tarixi MƏLUM OLDU

Təkrar sertifikasiya - Müsahibə tarixi MƏLUM OLDU

25 Avqust 2025, 11:47

Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. 

Modern.az xəbər verir ki, 27 avqust tarixindən etibarən təkrar sertifikatlaşdırma prosesinin müsahibələri təşkil olunacaq.

Nəzərinizə çatdırırıq ki, test imtahanlarında keçid balı toplayan şəxslərin əməkhaqqına 10%, 51 bal və daha yüksək nəticə əldə edən şəxslərin əməkhaqqına isə 35% əlavə tətbiq ediləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?