Modern.az

41 yaşlı kişini "tok" vurub öldürdü

41 yaşlı kişini "tok" vurub öldürdü

28 Avqust 2025, 23:55

Masallı rayonunda bədbəxt hadisə nəticəsində 41 yaşlı kişi ölüb.

 

Modern.az xəbər verir ki, hadisə Qasımlı kəndində yerləşən fermalardan birində baş verib. Axşam saatlarında 1-ci Yeddioymaq kənd sakini, 1984-cü il təvəllüdlü Rəşad Qədiməli oğlu Əsgərovu elektrik cərəyanı vurub. Nəticədə o, hadisə yerində ölüb.

 

Meyit ərazidən götürülərək, daxil və xarici müayinə olunması üçün Mərkəzi Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı Rayon Şöbəsinə təhvil verilib.

 

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?