Modern.az

İşıq dirəyinə çırpılan maşın yandı

İşıq dirəyinə çırpılan maşın yandı

Hadisə

31 Avqust 2025, 18:54

Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Çəmənli kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, "Toyota" markalı minik avtomobili işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

 

Qəzaya düşən minik maşınında alışma baş verdiyi üçün hadisə yerinə təcili tibbi yardım briqadaları ilə yanaşı yanğınsöndürən briqada da cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?