Modern.az

Füzulidə kitabxana yandı

Füzulidə kitabxana yandı

Hadisə

5 Sentyabr 2025, 13:56

Füzuli rayonunun 8 №-li Qayıdış qəsəbəsində yanğın olub.

Modern.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 350 m² olan qamış, taxta və dəmir konstruksiyalardan ibarət tövlə 150 m² sahədə, yaxınlıqda yığılan 80 ton ot bağlamasının 20 tonu, sahəsi 140 m² olan birmərtəbəli kitabxananın dam örtüyünün taxta atmaları 2 m² sahədə və 1 ədəd pəncərə çərçivəsi yanıb. Tövlənin, ot bağlamalarının, kitabxananın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?