Modern.az

Yanukoviçin qadın cangüdənləri - FOTOLAR

Yanukoviçin qadın cangüdənləri - FOTOLAR

7 Mart 2014, 11:08


Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin şəxsi mühafizəsini cüssəli kişilərlə yanaşı, incə qızlar da olub. Modern.az saytı xarici KİV-ə istinadən onlardan ikisi, 30 yaşlı sarışın Yekatirina və 26 yaşlı Aleksandranın (soyadları göstərilməyib) Yanukoviç hələ prezident olduğu dövrdə mühafizə xidmətindəki fəaliyyətləri haqda söhbətini təqdim edir.

Xüsusi xidmət orqanlarında düşünürlər ki, qadınlar ən xırda nüanslara belə daha diqqətli yanaşırlar, potensial cinayətkar isə onlara diqqət yetirmir, belələri heç ağıllarına belə gətirmirlər ki, mühafizəçi zəif, həm də zərif cinsin nümayəndəsi ola bilər.

- Siz xidmətə necə düşmüsünüz?

Aleksandra: 10 il əvvəl hətta ağlıma belə gətirməzdim ki, mühafizəçi işləyəcəyəm. Mən universitetdə informasiya müdafiəsi ixtisası üzrə təhsil almışam, müxtəlif yerlərdə-reklam agenti, milisdə çalışmışam. Məni orada görüblər. Yaxınlaşıb işləmək təklif etdilər, sonra məni nəzarətə götürdülər və qərara gəldilər ki, bu işin öhdəsindən gələ bilərəm.

Yekatirina: Qadınlar bu peşədə çoxdan deyillər. İşə ilk başlayanda kişi həmkarlarım mənə göz qoyurdular. Komandada  məni “özlərininki” bir neçə səfərdən sonra hesab etdilər. Sübut etdim ki, peşəyə xas xüsusiyyətləri bilirəm. Mən vergi akademiyasında, Ukrayna Təhlükəsizlik Xidməti İdarəsinin “Alfa” xüsusi dəstəsində işləmişəm, karate üzrə idman ustasıyam. 4 il əvvəl prezidentin mühafizəsinə gəlmişəm - yüksək  dərəcəli mühafizəçi kimi, bura yalnız yaxşılar düşürlər.

- Elə bir vəziyyət yaranıbmı ki, atəş açmalı olmusunuz?

Aleksandra: Xoşbəxtlikdən, yox. Əgər belə bir şey baş versə, deməli, mühafizə pis işləyir. Hər hansı təbir başlamazdan əvvəl bütöv bir qrup ərazini öyrənir, müxtəlif situasiyalara hazırlıq görülür, bu tədbir zamanı monitorinq aparılır.

Yekatirina: Şübhəli şəxs hiss edəndə həmkarlarımıza məlumat veririk ki, onu nəzarətdə saxlasınlar, əgər buna ehtiyac varsa ərazidən uzaqlaşdırsınlar. Biz müşahidəçilərik: mimika, yaxud jestlərlə başa düşürük ki, insan nə qədər adekvatdır. Bizə bunu öyrədiblər, bu professionallıqdır.

- Mühafizə etdiyiniz şəxsin müdafiəsi üçün nələrə hazırsınız?

Yekatirina: Maksimuma-güllədən belə qorumağa qədər. İstənilən mühafizəçi buna hazırdır. Əgər belə kritik situasiya baş verərsə biz avtomatik olaraq hər şeyi edərik. Ancaq bizim komandadakıların hamısı professionallardır.

- Prezidentin rəsmi tədbirlərinə, çoxlu siyasətçilərin və vip şəxslərin iştirak etdiyi tədbirlərə necə hazırlaşırsınız?

Aleksandra: Rəsmi qəbullarda iş vaxtı geyindiyimiz kostyumları dəyişirik. Elə don seçirik ki, silah görünməsin.

Yekatirina: Mühafizəçilərin öz kodlaşdırılmış dili var bu ətrafdakıların başa düşməyəcəyi dildir. Hər birimizin kod adlı var, prezident üçün də var. Ancaq onları açıqlamaq olmaz. Əgər biz indi “öz dilimizdə” danışmağa başlasaq, siz heç bir söz başa düşməyəcəksiniz. Yaxud, biz adi ifadələrlə də ünsiyyət qura bilərik, onun bizim üçün mənası var, hətta bu halda da ətrafdakılar başa düşməz ki, biz nə haqda danışırıq.





Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir