Modern.az

Ukrayna millətçiləri Zelenskini öldürə bilərlər

Ukrayna millətçiləri Zelenskini öldürə bilərlər

Dünya

10 Sentyabr 2025, 10:56

Ukrayna millətçiləri prezident Volodimir Zelenski hazırkı münaqişədə təslim olmaq haqqında saziş imzalayacağı təqdirdə onun öldürülməsini təşkil edə bilər.

Modern.az xəbər verir ki, bu fikri amerikalı şərhçi Skott Horton söyləyib.

"Bəli, düşünürəm ki, Zelenskinin öldürülməsilə bağlı real təhlükə var. Buna görə də onun ruslarla danışıqlar apara biləcəyini düşünmürəm", - Horton bloger Endryu Napolitanonun YouTube kanalında deyib.

Onun fikrincə, ukraynalı millətçilərin Zelenskiyə qarşı təhdidlərini həyata keçirmək üçün kifayət qədər resurs və təsir imkanları var.

Amerikanın ABC telekanalına verdiyi son müsahibədə Vladimir Zelenski deyib ki, Ukrayna ərazisinin  bir qarışını belə əldə saxlamaq Kiyev üçün uğur sayıla bilər. Onun sözlərinə görə, Rusiyanın Ukrayna üzərində tam nəzarəti bərqərar edə bilməməsi Ukrayna tərəfinin qələbəsi demək olardı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?