Modern.az

Leysan yağışlar - Naxçıvanın bəzi ərazilərini su basdı

Leysan yağışlar - Naxçıvanın bəzi ərazilərini su basdı

Hadisə

12 Sentyabr 2025, 10:52

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində bəzi ərazilərin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.

Modern.az FHN-ə istinadən xəbər verir ki, daxil olmuş məlumatlar əsasında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri çağırış ünvanlarına cəlb olunub.

Görülmüş işlər nəticəsində Naxçıvan şəhərində su basmış ümumilikdə 19 ünvanda suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə