Modern.az

Şagirdin gündəliyinə də ehtiyac qalmayacaq

Şagirdin gündəliyinə də ehtiyac qalmayacaq

Təhsil

16 Sentyabr 2025, 11:08

“Rəqəmsal məktəb” platforması bir neçə il ərzində bir sıra məktəblərdə testdən keçirilib. Bu il isə bütün Bakı məktəbləri “Rəqəmsal məktəb” platformasına qoşulub. Bu o deməkdir ki, sinif jurnalının doldurulması, sənədləşmələr və valideynlərlə ünsiyyət platforma vasitəsilə həyata keçiriləcək. Artıq şagirdin gündəliyinə də ehtiyac qalmayacaq”.

Modern.az xəbər verir ki, bunu AzTV-nin efirində yayımlanan “Günə davam” verilişinin qonağı olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu səsləndirib.

O bildirib ki, platformada qeydiyyatdan keçən valideynlər övladlarının nailiyyətləri və davranışı barədə operativ məlumat ala biləcəklər: “İstədikləri halda isə məktəb rəhbərliyi ilə chat vasitəsilə problemləri müzakirə etmək imkanı da yaranacaq. Bu platformada tez-tez konkret valideyn sualları ilə rastlaşırıq. Məncə, bu, daha şəffaf işləməyə kömək edir. Hər bir valideyn öz məktəbindəki problemləri birbaşa həmin məktəbin rəhbərliyi ilə müzakirə etmək imkanı qazanır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi