Modern.az

"Formula 1" Azərbaycanda sprint yarışı ləğv olunur

"Formula 1" Azərbaycanda sprint yarışı ləğv olunur

Aktual

16 Sentyabr 2025, 14:18

2026-cı ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisində sprint yarışı olmayacaq.

Modern.az xəbər verir ki, bu, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) turnirlə bağlı açıqladığı təqvimdə əksini tapıb.

Bu, Çin, ABŞ, Kanada, Böyük Britaniya, Niderland və Sinqapurdakı mərhələlərdə baş tutacaq. Kanada, Niderland və Sinqapur ilk dəfə bu formatda yarışlara ev sahibliyi edəcək. 

Qeyd edək ki, 2023-cü ildə Azərbaycan Qran-prisində ilk sprint yarışı keçirilib və o vaxt "Red Bull"da çıxış edən Serxio Peres qalib olub. 2024-cü və 2025-ci ildə bu, mərhələnin təqvimindən çıxarılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan daha bir ARSIZLIQ - Bakıya hücumlar niyə artır?