Modern.az

Naxçıvanda yanğın - 583 abonent qazsız qaldı

Naxçıvanda yanğın - 583 abonent qazsız qaldı

1 Oktyabr 2025, 16:30

Naxçıvan şəhəri Tumbul kəndində həyətyanı sahədə baş vermiş yanğın nəticəsində aşağı təzyiqli yerüstü və yeraltı polietilen qaz kəməri zədələnib.

Modern.az xəbər verir ki, hadisədən dərhal sonra təhlükəsizlik səbəbilə ərazidə 583 abonentin qaz təchizatı dayandırılıb. Bərpa işlərinin qısa müddətdə yekunlaşdırılması planlaşdırılır və tamamlandıqdan sonra sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.

Hadisə nəticəsində xəsarət alan yoxdur.

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏLƏR - Əhali qaranlığa qərq oldu