Modern.az

“AAAF park” yaşayış kompleksində yanğın - 15 nəfər təxliyə olundu

“AAAF park” yaşayış kompleksində yanğın - 15 nəfər təxliyə olundu

Hadisə

5 Oktyabr 2025, 11:25

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF park” yaşayış kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən xəbərə görə, bunun əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən texniki otaqda quraşdırılmış elektrik sayğaclarında baş vermiş yanğın yayılmasına, o cümlədən mənzillərə keçməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində binanın zirzəmisində yerləşən ümumi sahəsi 2 m² olan texniki otağın içərisində quraşdırılmış 68 ədəd elektirik sayğacı və şaxtadan keçən elektrik kabelləri 3p.m. yanıb.

 

FHN əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 3-ü azyaşlı olmaqla 15 nəfər bina sakini təxliyə olunub.

 

Şaxtadan keçən kommunikasiya xətləri, avtodayanacaqda park edilmiş avtomobillər və mənzillər yanğından mühafizə olunub.

 

 

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏLƏR - Əhali qaranlığa qərq oldu