Modern.az

Xorvatiya spikeri Bakıdadır

Xorvatiya spikeri Bakıdadır

Parlament

7 Oktyabr 2025, 21:15

Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviçin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.

 

Bildirilib ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Xorvatiya parlamentinin sədrini Milli Məclisin sədr müavini Musa Qasımlı, hər iki ölkənin səfirləri Anar İmanov, Branko Zebiç və digər rəsmi şəxslər qarşılayıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır