Modern.az

550 nəfər dövlət qulluğuna imtahan verəcək

550 nəfər dövlət qulluğuna imtahan verəcək

Aktual

14 Oktyabr 2025, 10:04

Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 16-da dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupu üzrə qəbul imtahanı keçirəcək.

Modern.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak etmək üçün 550 namizəd qeydiyyatdan keçib.

Qeyd edək ki, imtahan saat 11:00-da başlanır Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.

İmtahanların keçirilməsi üçün 7 imtahan rəhbəri, 34 nəzarətçi və 6 buraxılış rejimi əməkdaşı ayrılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinə barmaq silkələdilər - Rusiya məhv ediləcək!