Modern.az

“Məşhurların övladları” - Amaliya Pənahovanın səfir oğlu

“Məşhurların övladları” - Amaliya Pənahovanın səfir oğlu

21 Mart 2014, 12:00

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...
Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da... Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir. 

Budəfəki təqdimatımız Azərbaycan teatr və kino aktrisası, xalq artisti, Bakı Bələdiyyə teatrının direktoru və bədii rəhbəri.Amaliya Pənahovanın oğli İlqar Muxtarov haqqındadır.

Sənətşünaslıq elmləri doktoru Amaliya Pənahova 1964-cü ildən bu günədək teatr və kino səhnəsində fəaliyyət göstərir. Aktrisa 1992- ci ildən yaratdığı Bakı Bələdiyyə teatrının direktoru və bədii rəhbəridir.

Amaliya xanım 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradan aktrisanın Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rollarını xüsusilə qeyd etmək olar. 69 yaşlı aktrisa 1995-ci ildə "Şöhrət", 2013-cü ildə isə "Şərəf" ordeni ilə təltif edilib.

Amaliya Pənahovanın oğli İlqar Muxtarov diplomatiya sahəsində çalışır. O, hazırda Azərbaycan Respublikasının Meksikadakı fövqəladə və səlahiyyətli səfiridir.

İlqar Yusif oğlu Muxtarov 1969-ci ildə, sentyabr ayının 29-da Bakıda anadan olub. O, əvvəlcə  Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb dili və tarixi üzrə təhsil alıb. Daha sonra təhsilini Beynəlxlaq hüquq ixtisası üzrə davam etdirib. 1996-1998-ci illərdə Xarici İşlər Nazirliyinin Avropa, ABŞ və Kanada şöbələrində çalışıb.
1998-2005-ci illərdə Azərbaycanın Amerikadakı səfirliyində işləyib. 2005-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində birinci katib vəzifəsində çalışıb. 2006-cı ilin iyun ayından Azərbaycan Xarici İşlər Nazirliyinin Amerika şöbəsinin müdiri olub. 2007-ci ildən Azərbaycanın  Amerikadakı  səfirliyinin  siyasi məsələlər şöbəsində çalışıb. 2007-2009-cu illərdə Azərbaycanın Amerikadakı səfirliyinin müvəqqəti işlər vəkili olub.

İlqar Muxtarov 14 aprel 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Meksikadakı fövqaladə və səlahiyyətli səfir təyin edilib. Həmin vaxt İ.Muxtarova Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsi verilib.

İ.Muxtarov Azərbaycan səfiri kimi  eyni zamanda Kosta Rika, Qvatemala, Kolumbiya, Panama və Peruda akkreditə olunub.

2012-ci il iyulun 7-də Prezidenti İlham Əliyev diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncamla İlqar Muxtarov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Səfir rus, ingilis, türk, ərəb dillərini əla, ispan dilini isə orta səviyyədə bilir. Ailəlidir,bir oğlu var.

A.Qorxmaz

***

Həmçinin oxu:

“Məşhurların övladları” - Tağı Əhmədovun hakim oğlu - Yeni rubrika
//modern.az/articles/49878/1/

“Məşhurların övladları” - Fuad Musayevin diplomat oğlu
//modern.az/articles/49922/1/

“Məşhurların övladları” - Zeynəb Xanlarovanın məmur oğlu
//modern.az/articles/50188/1/

“Məşhurların övladları” - yazıçı Anarın səfir oğlu
//modern.az/articles/50363/1/

“Məşhurların övladları” - Ramiz Rövşənin müəllim oğlu
//modern.az/articles/50575/1/

“Məşhurların övladları” - Oqtay Şirəliyevin bankir oğlu
//modern.az/articles/50894/1/

“Məşhurların övladı” - Misir Mərdanovun filoloq qızı
//modern.az/articles/51132/1/

“Məşhurların övladı” - Əvəz Ələkbərovun maliyyəçi oğlu
//modern.az/articles/51369/1/

“Məşhurların övladları” - Məleykə Abbaszadənin hüquqşünas qızı
//modern.az/articles/52815/1/

“Məşhurların övladları” - Ziyad Səmədzadənin iqtisadçı oğlu
//modern.az/articles/53115/1/

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub