Modern.az

Çexiya Azərbaycandan neft idxalını artırdı

Çexiya Azərbaycandan neft idxalını artırdı

Dünya

17 Oktyabr 2025, 21:48

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Çexiyaya 701,37 milyon dollar dəyərində 1 307 899 ton xam neft ixrac edib.

 

Modern.az xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi 4,9% artıb, dəyəri isə 11,2% azalıb.

 

 

Çexiyaya ixrac edilən xam neftin payı Azərbaycanın ümumi xam neft ixracının 7,69%-ni təşkil edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ