Modern.az

Fins.az 12 yaşını qeyd edir

Fins.az 12 yaşını qeyd edir

Media

18 Oktyabr 2025, 13:20

Bu gün Fins.az saytının yaranma günüdür. 

Modern.az xəbər verir ki, Fins.az-ın 12 yaşı tamam olur. 2013-cü ildə ilk olaraq sığorta xəbərlərini yayımlayan portal kimi fəaliyyətə başlayan Fins.az  12 il ərzində ölkə iqtisadiyyatının bütün sahələrindən xəbər verən irihəcmli portala çevrilib. Fins.az fəaliyyəti müddətində oxuculara düzgün, obyektiv və aktual informasiya ötürməklə yanaşı Azərbaycan iqtisadiyyatının inkişaf dinamikasını izləməyə çalışıb.

Çoxsaylı dövlət qurumları eyni zamanda iri həcmli banklar, şirkətlər iqtisadi subyeklərlə rəsmi əməkdaşlıq formalaşdırmağı bacarıb. Bu illər ərzində yayımlanan hər bir informasiyanın Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadi siyasətə uyğun şəkildə, dövlətimizin idarəedilmə prinsipləri ilə səsləşən formada olmasına çalışıb.

Fins.az  Azərbaycan iqtisadiyyatının inkişafına dəstək göstərərək maliyyə qurumlarının, iri şirkətlərin, çoxsaylı sahibkarlıq subyektlərinin fəaliyyətinə dair məlumatları cəmiyyətimizlə bölüşdüyü açıq platformaya çevrilə bilib. Fins.az kiçik zaman kəsiyində ölkəmizdə iqtisadi proseslərlə maraqlanan kütlənin etibarlı məlumat mənbəyi olmağı bacarıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyevin ŞOK səs yazısı yayıldı - Görün nələr dedi?!