Modern.az

Tovuzda 70 yaşlı qadını maşın vurdu

Tovuzda 70 yaşlı qadını maşın vurdu

Hadisə

18 Oktyabr 2025, 17:10

Tovuzda qadın yol qəzasında xəsarət alıb.

Modern.az-ın məlumatına görə, hadisə rayonun mərkəzi küçələrinin birində baş verib. Hərəkətdə olan "Volkswagen" markalı avtomobil rayon sakini 1955-ci il təvəllüdlü Ziba Ağayevanı vurub.

Qadın təcili tibbi yardım briqadası tərəfindən Tovuz rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, Ziba Ağayevanın vəziyyəti qənaətbəxşdir.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ramiz Mehdiyevin DƏHŞƏTLİ CİNAYƏTİ - Şok detallar üzə çıxdı