Modern.az

Qucağında uşaqla maşın sürən sürücü qəza törətdi - Azyaşlı öldü

Qucağında uşaqla maşın sürən sürücü qəza törətdi - Azyaşlı öldü

Hadisə

21 Oktyabr 2025, 10:40

Bakıda yol qəzasında 7 yaşlı uşaq ölüb.

Modern.az xəbər verir ki, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Tural Sədi oğlu Süleymanov qucağında oğlu 2018-ci il təvəllüdlü Usamə ilə BMW markalı avtomobilə oturub yaşadığı evin həyətində idarə etdikdə uşaq sürüşüb sürət pedalına sıxıldığından avtomobil hasara dəyib.

Azyaşlı hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır