Modern.az

125 nömrəli avtobus bulvarda ağaca çırpıldı: sürücü yaralandı - VİDEO

125 nömrəli avtobus bulvarda ağaca çırpıldı: sürücü yaralandı - VİDEO

Hadisə

21 Oktyabr 2025, 12:01

Bulvarda qəzaya uğrayan avtobusun sürücüsü xəsarət alıb.

Modern.az-ın məlumatına görə, bu barədə "Bakubus"dan bildirilib.

"Bu gün saat 10:51 radələrində Neftçilər prospekti istiqamətində, Bulvar ərazisi yaxınlığında 125 nömrəli müntəzəm marşrut avtobusun sürücüsünün səhhətində qəfil narahatlıq yaranıb və o, nəqliyyat vasitəsini dayandırmağa cəhd etsə də, idarəetməni itirərək avtobusu Bulvar ərazisinə tərəf yönəldib. Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb. Sürücüyə ilkin tibbi yardım göstərilməsi üçün dərhal Təcili Tibbi Yardım Xidməti çağırılıb", - açıqlamada bildirilir.

***

11:48

Bakıda avtobus qəzaya uğrayıb.

Modern.az-ın məlumatına görə, “BakuBus”a məxsus 125 nömrəli sərnişin avtobusu yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə bulvar ərazisində baş verib.

Sosial şəbəkədə yayılan görüntüləri təqdim edirik:

 

Sizə yeni x var
Keçid et
Mehdiyevçilər "VURULUR" - Siyahıda kimlər var?