Modern.az

Qazaxıstanda siqaretçəkmə qadağan ediləcək

Qazaxıstanda siqaretçəkmə qadağan ediləcək

29 Sentyabr 2009, 20:21

Qazaxıstanda hakim dairələr gələn aydan başlayaraq ictimai yerlərdə siqaret çəkməyi qadağan edəcək. Səhiyyə Nazirliyinin rəsmisi deyib ki, bu qərar Ümumdünya Səhiyyə Təşkilatının məsləhətindən sonra verilib. ÜST-nin məlumatına görə, hər il Qazaxıstanda 35 min adam siqaretçəkmə nəticəsində vəfat edir. Gələn aydan spirtli içki içmək üçün qoyulan yaş həddi də 18-dən 21-ə qaldırılacaq. Sabiq sovet ölkələrində siqaretçəkmə və spirtli içkilərlə bağlı böyük səhhət problemi mövcuddur.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub