Modern.az

Şimali Kiprin yeni prezidenti bu tarixdə işə başlayacaq ÖZƏL

Şimali Kiprin yeni prezidenti bu tarixdə işə başlayacaq - ÖZƏL

Aktual

22 Oktyabr 2025, 16:20

Şimali Kipr Türk Respublikasında keçirilən 19 oktyabr prezident seçkilərinin qalibi Tufan Erhurman bu həftənin cümə günü vəzifəsinin icrasına başlayacaq.

Bunu Modern.az-a açıqlamasında Tufan Erhurmanın mətbuat katibi Tunay Mertekçi bildirib.

Mətbuat katibi Azərbaycanla bağlı sualımıza isə belə cavab verib:

"Təəssüf ki, hələlik nəsə deyə bilmərik. Bu barədə gələn həftədən fikirlərimizi açıqlayacağıq".

Qeyd edək ki, oktyabrın 19-da Şimali Kiprdə seçkilər keçirilib. Ali Seçki Komissiyası Tufan Erhürmanın prezident seçildiyini bəyan edib. Türkiyə tərəfindən dəstəklənən Ersin Tatar isə seçkilərdə ikinci yeri tutub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı