Modern.az

Fiziki şəxslərin gəlir vergisi - 2026-cı ilin büdcəsinə belə olacaq

Fiziki şəxslərin gəlir vergisi - 2026-cı ilin büdcəsinə belə olacaq

Parlament

4 Noyabr 2025, 11:02

2026-cı ildə fiziki şəxslərin gəlir vergisi üzrə büdcəyə daxilolmalar 2 379 300 000 manat nəzərdə tutulur.

Modern.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bu da cari ilin proqnozu ilə müqayisədə 390 300 000 manat və ya 19,6 %, 2024-cü ilin icrası ilə müqayisədə 540 100 000 manat və ya 29,4 % çoxdur.

Fiziki şəxslərin gəlir vergisi üzrə proqnozlaşdırılan daxilolmaların 92,3 %-i və ya 2 196 500 000 manatı muzdlu işlə əlaqədar gəlir vergisinin, 7,7 %-i və ya 182 800 000 manatı isə sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir vergisinin payına düşür.

2025-ci ilin proqnozu ilə müqayisədə artıma səbəb ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən, qeyri neft-qaz sektoru üzrə 2025-ci ilin gözlənilən icrası ilə müqayisədə 2026-cı ildə qeyri-neft ÜDM-in nominal ifadədə 8,8 % artımla - 101 717 100 000 manat, respublika üzrə orta aylıq əməkhaqqının 6,3 % artımla – 1 170,8 manat nəzərdə tutulması, həmçinin 2026-cı ildən qeyri-neft və qeyri-dövlət sektoru üzrə muzdlu işə aid olan gəlir vergisinin azadolma müddətinin başa çatması ilə əlaqədar yeni mexanizmin tətbiqi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmanın proqnozlaşdırlması ilə əlaqədardır.

 

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır