Modern.az

Metroda bank kartları ilə ödəniş MÜMKÜN OLDU

Metroda bank kartları ilə ödəniş MÜMKÜN OLDU

Ölkə

4 Noyabr 2025, 15:58

Sərnişinlər bundan sonra bütün stansiyalarda  NFC-ni dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” ilə ödəniş edə biləcəklər.

Bu barədə Modern.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

"Bakı Metropolitenində sərnişinlər artıq gedişhaqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” ilə ödəyə biləcəklər.

Paralel olaraq “BakıKart”, “BirBank” və “M10”la ödəniş qüvvədə saxlanılır.

Bir müddətdir sınaq rejimində tətbiq edilən ödəniş üsulunun artıq metropolitenin bütün stansiyalarında tətbiqinə başlanılıb.

Yenilik Bənövşəyi xəttin stansiyalarında uğurla sınaqdan keçirilib.

NFC-dən istifadə zamanı bank kartlarında balans olmasa belə, sərnişinlərə birdəfəlik keçid imkanı veriləcək. Lakin balans artırılmasa, kartla ödəniş avtomatik bloklanacaq",-məlumatda deyilir.

Qeyd edək ki, hazırda eyni turniketdən eyni kartla keçid etmək üçün 10 dəqiqə gözləmək lazım olsa da, digər turniketdən gözləmədən eyni kartla ödəniş etmək mümkündür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
REGİON ÇALXALANIR! Kritik xəbərdarlıq: İrana hücum olacaq!