Modern.az

Vahid İstintaq Komitəsi yaradılmalıdır - TƏKLİF

Vahid İstintaq Komitəsi yaradılmalıdır - TƏKLİF

Parlament

7 Noyabr 2025, 13:08

Hazırda 8 dövlət orqanında istintaq komitəsi var. Hesab edirəm ki, vahid Dövlət İstintaq Komitəsi yaradılmalıdır. 

Modern.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirilib.

“Müdafiə və təhlükəsizlik sektorunda idarəetmə xərclərini azaltmaq olar. Artıq 60 minlik peşəkar ordu qurmaq mümkündür. 6 aylıq hərbi xidmət tətbiq oluna bilər və xidmət etmək istəməyən gənclər müəyyən məbləğ ödəməklə hərbi xidmətdən azad edilə bilər. Bu istiqamətdə ciddi islahatlara ehtiyac var” – deyə qeyd edib.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır