Modern.az

Azərbaycanda yazıçı problemi yoxdur - DEPUTAT

Azərbaycanda yazıçı problemi yoxdur - DEPUTAT

Parlament

12 Noyabr 2025, 12:39

Bizi ədəbiyyat sahəsində ən çox narahatlıq doğuran suallardan biri budur: niyə ədəbiyyatımızı dünyaya çıxara bilmirik? Biz siyasətdə sözümüzü demişik, biz artıq tədricən idman arenasında müəyyən nailiyyətlər əldə edirik, tanıdırıq özümüzü. Amma ədəbiyyat sahəsində çox təəssüf ki, bu fəthi qazana bilməmişik. Halbuki bugün Azərbaycanda, məncə, yazıçı problemi yoxdur. 

Modern.az xəbər verir ki, bunu deputat Elnarə Akimova parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirilib.

"Azərbaycan yazıçılarının dünyaya çıxmamağına səbəb əsərlərin zəifliyi yox, çıxmaq metodlarının olmamasıdır. Sadəcə mənə elə gəlir ki, belə əsərlərin yazılması üçün biz yazıçıya o şəraiti yaratmalıyıq. Yəni maddi resurs yaradılmalıdır" – deyə deputat bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır